Gələn il yanvarın 1-dən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılacaq. Bu haqda bu gün, 20 dekabr tarixində Report TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova istinadən məlumat verir.
Onun sözlərinə görə, bu qurumlar Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.