I siniflər üçün qeydiyyatın vaxtı açıqlanıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir.
Qurumdan bildirildi ki, 2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.