Bakıda bloger Əvəz Hafizlinin qətli ilə bağlı məhkəmə keçirilib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Prokuror bu əməli törətməkdə təqsirli bilinən Əmrulla Güləliyevin 10 il müddətinə həbs olunmasını istəyib. Məhkəmə 29 iyul tarixində davam edəcək.
22 fevral 2022-ci il tarixində 24 yaşlı Əvəz Hafizli Balaxanı qəsəbəsində yaşadığı evin həyətində qohumu tərəfindən bıçaqlanaraq öldürülmüşdür.