Paytaxtın Səbayıl rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Yenidənqurma işləri cərçivəsində əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının hərəkəti üçün panduslar inşa edilib. Eləcə də, gözdən əlil insanlar üçün döşəmələr quraşdırılıb.
Hazırda Bakının digər ərazilərində də piyada səkilərinin bərpası davam edir.