Bakının Nərimanov rayonu Ə.Orucəliyev küçəsində aparılan yenidəqurma işləri çərçivəsində yolda nişanlanma xətləri yenilənəcək. Bu haqda bu gün, 12 yanvar tarixində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat verib.
Xətləmə işləri zamanı yolun hərəkət istiqaməti birtərəfli təşkil olunaraq, həmin küçədə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Təmir işləri bitənə qədər sürücülərə A.Nemətulla küçəsi, A.Molla Cümə küçəsi, İ.Həsənoğlu küçəsi və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.