Paytaxtda Ağıllı Mobillik Laboratoriyasının yaradılması barədə memorandum imzalanıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Sözləşmə İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun Böyük Şəhər Sistemlərinin İnnovativ İdarəçiliyi (İGLUS) proqramı çərçivəsində mütəxəssislərin yetişdirilməsi və hazırkı mütəxəssislərin peşə səviyyəsinin artırılmasını nəzərdə tutur.
Proqram nəqliyyat, enerji, su, kanalizasiya və binalar kimi infrastrukturları, həmçinin idarəetmə, maliyyələşdirmə, özəl sektorun iştirakı, rəqəmsallaşdırma kimi mövzuları əhatə edir.
Sözügedən institut hal-hazırda Avropada, Amerikada, Afrikada və Asiyada, ümumilikdə 13 şəhərdəki universitet ilə əməkdaşlıq edir.