Bakı Nəqliyyat Agentliyi (BNA) yeni dayanacaq pavilyonları alacaq. Bu haqda bu gün, 19 noyabr tarixində Banker.az məlumat verib.
Bununla bağlı agentlik “SM Construction Supplies” MMC ilə müqavilə bağlayıb.
Müqavilə Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacaq pavilyonlarında mövcud çatışmazlıqların aradan qaldırılması üçün zəruri olan malların, işlərin və xidmətlərin alınmasını nəzərdə tutur. Bəzi mövcud dayanacaqların sökülməsi və quraşdırılması, həmçinin yeni parkinq pavilyonlarının alınıb quraşdırılması işləri də həyata keçiriləcək.