“Bolt Services AZ” MMC-yə maliyyə sanksiyası tətbiq olunub. Bu haqda 8 avqust tarixində APA məlumat verib.
Qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi üçün “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Haqsız rəqabət haqqında” maddəsi ilə iş qaldırılıb.
Bununla da “Bolt Services AZ” MMC-yə yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.