Britaniyanın səfiri “Ana harayı” abidəsini ziyarət etib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az səfirin rəsmi X səhifəsinə istinadən xəbər verir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould (Fergus Auld) "Ana harayı" abidəsini ziyarət edib.
“Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!” – deyə diplomat paylaşımda bildirib.