Bu gün səhər saatlarında “BakıKart”larda problem yaşanıb. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“Xaliq Faiqoğlu” şirkətinin avtobuslarında yaranan nasazlıqlar sərnişinlərin narazılıqlarına səbəb olub. “BakıKart” işləmədiyindən minlərlə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilməyib. Şirkət isə avtobusları xəttən çıxartmağa məcbur olub.
Sərnişindaşıma şirkətinin mətbuat katibi məsələ ilə bağlı bildirib ki, gecə “BakıKart” üzrə operator bütün avtobuslardakı ödəniş aparatlarına yeni proqram yükləyib, səhər isə həmin tətbiqdə problemlər yaranıb.
“Bu problem ilk dəfə deyil ki, yaranır və özəl daşıyıcı şirkətə böyük maddi ziyan vurur”, - deyə katib əlavə edib.