top
Bu gün Firəngiz Rəhimbəyovanın doğum günüdür
05 avqust 2025, 12:21
- ↺ +

Bu gün Firəngiz Rəhimbəyovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün azərbaycanlı müğənni və aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür.

Firəngiz Rəhimbəyova 5 avqust 1958-ci ildə Bakının Lökbatan qəsəbəsində dünyaya gəlib.

Anası Raisa çox erkən yaşda dünyasını dəyişdiyindən atası ikinci dəfə xalası qızı Sona xanımla ailə həyatı qurur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı olan Sona xanım Firəngizi boya-başa çatdırır, ali təhsil alması üçün dəstək olur, toyunu edir.

Firəngiz Rəhimbəyova 80-ci illərdə Azərbaycanın müasir estradasının yaradıcılarından birinə çevrilir.

1986-cı ildə müğənni Azərbaycanı "Yurmala-86" mahnı yarışmasında təmsil edərək dördüncü yerə layiq görülür.

Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov, Siyavuş Kərimi, Faiq Sücəddinov, Cəmil Əmirov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Səhra", "Uzaqlaşaq gəl", "Bir ümid", "Hifz eylə", "Uca dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Qaragilə", xalq mahnıları "Gülə-gülə", "Bəri bax" və s. mahnıları ifa edir.

Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan F.Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki "Seda" rolu gətirir.

F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildə qızı Raisa ilə ABŞ-nin Los-Anceles şəhərinə köçür. Buraya köçdükdən sonra qızı adını dəyişərək Reyçel adını götürür.

Firəngiz xanım 1999-cu ildə amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik edib və kiçik bizneslə məşğul olub.

2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən "Seda" roluna çəkilib.

O, 2022-ci il avqust ayının 16-da ürək tutmasından vəfat edib, 6 sentyabr 2022-ci ildə Kaliforniyanın Vest-leyk Villic şəhərindəki "Valley Oaks Memorial Park" məzarlığında dəfn edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
Bu gün, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Xəbər
Bu gün, 15:34

Bakıda XIX əsrə aid tarixi "Şor hamamı" söküləcək? – İDDİA

Xəbər
Bu gün, 14:05

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Xəbər
Bu gün, 13:05

Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək

Xəbər
Bu gün, 12:31

17 yaşlı oğul atasını bıçaqladı — "Bacılarımı döyürdü"

Xəbər
Bu gün, 11:56

"Landau School"dan şikayət: Ödənişlər geri qaytarılmır? - İDDİA

Xəbər
Bu gün, 11:28

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Xəbər
Bu gün, 10:50

Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

Xəbər
Bu gün, 09:58

Tanınmış bəstəkar Ruhəngiz Qasımovanın anım günüdür

Xəbər
Bu gün, 00:05

44 günlük Vətən müharibəsinin 13-cü günü — XRONİKA

Xəbər
Bu gün, 00:01

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Xəbər
Dünən, 18:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Xəbər
Dünən, 17:37

Milli Məclis Avropa Parlamentinin Azərbaycana dair qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Xəbər
Dünən, 17:14

Maşınla ana ilə uşağının üstündən keçdi - VİDEO

Xəbər
Dünən, 16:20

Bakıda kişi boşanmaq istəyən arvadını döyüb, burnunu qırdı

Xəbər
Dünən, 15:20

Binədə makleri öldürənə HÖKM OXUNDU

Xəbər
Dünən, 14:26

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - YENİLƏNİB

Xəbər
Dünən, 13:43

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..." - ŞİKAYƏT

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 11:45

"Instagram"da tanış olduğu yeniyetmənin videosunu yaydı – HÖKM

Xəbər
Dünən, 11:42

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Xəbər
Dünən, 10:49

Sakinlər haqlı çıxdı: ağaclar qanunsuz kəsilibmiş...

Xəbər
Dünən, 10:44

Bakıda hotelin fəaliyyəti dayandırıldı – yanğın təhlükəsi

Oxşar xəbərlər