Bakıda buster doza peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb. Bu haqda 29 dekabr tarixində Report məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata əsasən, Bakıda təhsil işçilərinin 33.968 nəfəri vaksinasiya olunub. Bu isə çalışanların təxminən 90 faizidir. Onlardan 17.939 nəfəri artıq 3-cü doza peyvənd olunub.
Paytaxtın 278 və 316 nömrəli ümumi təhsil məktəblərində peyvənd məntəqəsi fəaliyyət göstərir.