Cari ilin dövlət tibb müəssisələrinə 1.839.882 nəfər müraciət edib. Bu haqda bu gün, 21 dekabr tarixində Report İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Əhmədovaya istinadən məlumat verib.
Vətəndaşlara 16.305.250 tibbi xidmət göstərilib. Ölkə üzrə qeydiyyata alınan müraciətlərin 41 faizi, göstərilən tibbi xidmətlərin 40 faizi Bakı şəhərinin payına düşür.
Bu ilin 11 ayında Bakı şəhəri istisna olmaqla ölkənin 63 şəhəri üzrə 2.781.823 nəfər tibb müəssisələrinə 9.683.029 dəfə müraciət edib, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23.971.754-ə bərabər olub.