Bulvar İdarəsinə yeni rəhbərlik təyin olunub. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsinin idarə heyətinə yeni sədr təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, bundan əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.
Dövlət başçısının digər Sərəncamı ilə İlqar Mustafayev Dənizkənarı Bulvar İdarəsi idarə heyətinin sədri vəzifəsindən azad edilib.