Dənizkənarı Bulvar İdarəsinin yeni sədri kollektivə təqdim olunub. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib.
Bulvar İdarəsi Bakı şəhərində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərən qurumdur. Bakı bulvarının ərazisi 215 hektar, uzunluğu isə 16,7 kilometrdir.