Türkiyəli məşhur aktyor Burak Özçivit Bakıya gəlib. Bu barədə o, öz İnstagram hesabında məlumat verib.
Özçivit Heydər Əliyev hava limanından foto paylaşaraq "Səhər-səhər Bakıda" yazıb.
Daha öncə məlum olub ki, Özçivit Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsində iştirak edəcək.