Dəmir yollarında qatarların sürəti müvəqqəti azaldılıb. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Gecə saatlarında baş vermiş zəlzələ ilə əlalqədar xətlərdə texniki diaqnostika aparılıb. Bu səbəbdən də qatarların hərəkət sürəti qismən aşağı salınmışdır.
"4 iyul saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin əməkdaşları gecə boyunca bütün infrastruktur obyektlərinə texniki baxış keçiriblər, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb”, - deyə paylaşımda bildirilib.
Hazırda bütün qurğular yoxlanılıb və qatarlar qrafikə uyğun hərəkət edirlər.