İşdən çıxarılan müəllimlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetini məhkəməyə veriblər. Bu haqda 9 avqust tarixində Bakı vaxtı məlumat verir.
ADNSU-da vaxtilə işləyən və sonra çıxarılan müəllimlər Leyla Abıyeva, Zahirə Kazımova, Təranə Süleymanova və İradə Manafova universitetə qarşı iddia qaldırıblar. Əmək mübahisələri ilə bağlı olan işdə iddiaçılar işə bərpa olunmaqlarını tələb edirlər.
İş Bakı Apellyasiya Məhkəməsində baxılır.