Daxili İşlər Nazirliyindən bildirilib ki, sözügedən yeniyetmə Afiyəddin Cəlilov valideynləri ilə birgə polis idarəsinə dəvət olunub. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi qərara alınıb.
Daha öncə sosial şəbəkələrdə sözügedən yeniyetmənin Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsi olduğu haqda məlumat yayılmışdı.
9-cu sinif şagirdinin atası Nihad Cəlilov “Armada Distribution” şirkətinin rəhbəridir.
11:18 - DİN yeniyetmə “tiktoker” bağlı açıqlama verib
İnsanlarla qeyri-etik rəftar edən “tiktoker” bağlı DİN açıqlama verib. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən yaşlı qadını qucağına alan və bunu videoya çəkən yeniyetmə ilə bağlı bildirilib ki, onunla profilaktik tədbirlər görülüb, ancaq yeniyetmə öz hərəkətlərini etməyə davam edir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.
Bir neçə gündür Bakıda yeniyetmənin ictimai yerlərdə qeyri-adekvat hərəkətlər etməsini əks etdirən görüntülər istifadəçilər tərəfindən neqativ qarşılanıb.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2024/01/1706508195.mp4"][/video]