Bakıda dünyanın ən hündür bayraq dirəyinin quraşdırılmasına başlanılıb. Bu haqda 15 avqust tarixində Marja.az məlumat verib.
Türkiyənin "Çimtaş" şirkəti tərəfindən istehsal edilən və quraşdırılacaq dirəyin diametri 5,7 m-dən 2 m-ə qədər dəyişir. Dirək çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
Dirəyin ümumi hündürlüyü 191 metr olacaq. Dövlət Bayrağı meydanında əvvəlki bayraq dirəyinin hündürlüyü 162 metr olub.
[caption id="attachment_59025" align="alignnone" width="800"]
Foto Marja.az saytı[/caption]