“Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb”, - bu haqda Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov öz Facebook səhifəsində bildirib.
O, gömrük orqanlarında belə ad və soyadlı əməkdaşın olmadığını, yayılan məlumatların reallığa uyğun olmadığını vurğulayıb.