Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.
Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Əlavə olunub ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.