Bakının 3 rayonunda yeni sosial xidmət müəssisələri açılacaq. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən (ƏƏSMN) xəbər verir.
Bu il Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur. Yeni məkanlarda həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək.
Məqsəd həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır.