Daha bir narkotik satıcısına hökm oxunub. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilib. Qəbul edilən hökmə əsasən, təqsirləndirilən Vəli Rüstəmov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Rüstəmovdan 1 kiloqramdan artıq heroin, metamfetamin, tiryək və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkar olunmuşdu.