Qaradağ rayonu, Lökbatan qəsəbəsində yola təkər atanlar tutulublar. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən “Ölüm oyunu” adı ilə dairəvi yola təkər atan 17 yaşlı Sədrəddin Həsənov və 16 yaşlı Pünhan Hüseynli saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.