Qobu qəsəbəsində avtomobil vuran məktəblilərin səhhəti barədə məlumat açıqlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən hər iki qızın vəziyyəti normaldır. Onlar artıq evə buraxılıb.
72 yaşlı sürücü şagirdləri vurduqdan sonra onları öz avtomobili ilə xəstəxanaya çatdırıb. Həmin ərazidə yol nişanlarının olmaması qeyd olunub. Bununla əlaqədar küçəyə baxış keçirilib, hərəkətin tənzimlənməsi barədə qərar verilib.
Daha öncə, sözügedən qəsəbədə “Renault” markalı nəqliyyat vasitəsinin yolu keçən iki məktəbli qızı vurması barədə videogörüntülər yayılmışdır.