Nərimanov rayon polis idarəsində kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 12 oktyabr tarixində Oxu.az məlumat yayıb.
İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb. Onun yerinə polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.
B.Qarayev Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi vəzifəsində çalışırdı. Bundan əvvəl isə o, Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb.