Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda qadını qətlə yetirmək istəyən Şamil Şükürovun həmin qadının oğlu olduğu üzə çıxıb. Bu haqda bu gün, 12 yanvar tarixində Oxu.az məlumat verib.
Hadisə 11 yanvar, səhər saatlarında qeydə alınıb. Şamil Şükürov Elnarə Əliyevaya bıçaqla xəsarət yetirməyə cəhd edən zaman yaxınlıqda olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov cinayətin qarşısını almağa nail olub. Polis əməkdaşı kişini sakitləşdirərək hər iki şəxsi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıb.
Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam edir.