Dehli - Bakı aviareysi açılır. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hindistanın aşağıbüdcəli “IndiGo” aviaşirkəti Dehlidən Bakıya birbaşa resylərə başlayır. Təyyarələr avqust ayından paytaxtımıza uçmağa başlayacaq.
Bundan əlavə, aviaşirkət Dehlidən Tbilisiyə, sentyabrdan isə Özbəkistanın Daşkənd və Qazaxıstanın Almatı şəhərlərinə reyslər həyata keçirəcək.