Dövlət xidməti "Dostluq" kinoteatrının ətrafının hasara alınmasının səbəbini açıqlayıb. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirib ki, kinoteatrın fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb.
Dövlət xidmətinin məlumatına görə, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır.