top
Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?
16 fevral 2026, 15:52
- ↺ +

Dövlət Agentliyinin yubiley tədbiri təxirə salındı: nə baş verir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 illiyilə bağlı sabaha planlaşdırılan yubiley tədbiri təxirə salınıb.

Modern.az xəbər verir ki, təxirəsalmanının səbəbləri açıqlanmayıb.

Məlumatlara görə, səhiyyə sistemində müəyyən ciddi dəyişikliklərin ola biləcəyi ehtimal edilir.

Yeri gəlmişkən, bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun da vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.

Son illər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB arasında səlahiyyət bölgüsü, maliyyələşmə və xəstəxana idarəçiliyi mövzuları tez-tez müzakirə olunurdu.

Ehtimal oluna bilər ki, qurumların birləşdirilməsi, səlahiyyətlərin yenidən bölüşdürülməsi və ya idarəetmə modelində dəyişiklik planlaşdırılır.

Səhiyyə sistemi dövlətin əsas sahələrindəndir. Yeni prioritetlər (rəqəmsallaşma, regionlarda optimallaşdırma, xəstəxana şəbəkəsinin yenilənməsi və s.) rəhbərlik dəyişikliklərini şərtləndirə bilər.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında fəaliyyətə başlayıb. Ölkə Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə isə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik olan Agentlik əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Oxşar xəbərlər