Bu gün, 1 dekabr saat 12:00-da Sərhədçi İdman Kompleksində həlak olan hərbçilərlə vida mərasimi keçiriləcək. Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.
Səhər saatlarından Patoloji Anatomiya Bürosunun önündə cənazələrə yaxınlarına təhvil verilib. Daha sonra həlak olanların nəşi “Sərhədçi” İdman Kompleksinə aparılacaq. Vida mərasimindən sonra şəhidlər II Fəxri xiyabanda torpağa tapşırılacaqlar.
30 noyabr tarixində “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin helikopteri təlim uçuşları zamanı qəzaya uğramışdır. Nəticədə 14 nəfər hərbçi həlak olmuş, 2 nəfər yaralanmışdır. Baş Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.