UEFA Avropa Liqasının 1/8 final mərhələsində baş tutacaq oyun ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib. Bu haqda Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bu gün, 7 mart saat 21:45-də Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ” və Almaniyanın “Bayer” klublarının oyunu baş tutacaq. DYP xahiş edir ki, oyunu izləməyə gələnlər mümkün qədər ictimai nəqliyyatdan istifadə etsinlər.
“Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur", - müraciətdə qeyd olunub.