Daxili İşlər Nazirliyinin (DİN) mobil tətbiqi istifadəyə verilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“E-Polis” mobil tətbiqi vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür.
Həmçinin borcla bağlı ölkədən çıxışa qadağa qoyulmasını, işğaldan azad edilən ərazilərə buraxılış icazəsinin mövcudluğunu da yoxlamaq olar.
Tətbiq artıq “Play Market” mobil mağazasına yerləşdirilib.