Paytaxtın Nəsimi rayonu, Moskva prospekti, 72 ünvanında yaşıllıq zolağında tikinti işlərinin aparılması və oradakı ağacların kəsilməsi təhlükəsi ilə bağlı Dövlət Ekologiya Xidmətinə daxil olmuş şikayətə baxılıb. Bu haqda ETSN-in mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Xidmətin əməkdaşı Vaqif Cavadov bildirib ki, baxış zamanı ərazidə tikinti işlərinin “Ay İnşaat” MMC tərəfindən aparıldığı, ağacların kəsilməsi faktının olmadığı, lakin ağacların mühafizəsi üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.
Faktla bağlı MMC-yə qarşı protokol tərtib edilib və toplanmış sənədlər qanuni tədbir görülməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.