Memar Elbay Qasımzadəyə mükafat verilib. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. Mədəniyyət naziri Adil Kərimli E.Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb.
O, bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib.