Elm və Təhsil Nazirliyində yeni şöbə müdiri təyin edilib. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nazir Emin Əmrullayevin qərarına əsasən, Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Çapay Məmmədov bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olmaqla bir neçə dövlət şirkətində insan resursları sahəsində rəhbər vəzifələrdə çalışıb.