Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) direktor təyin edilib. Bu haqda bu gün, 13 yanvar tarixində APA məlumat verib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Əkbərov ETTOİ-nin direktoru təyin edilib.
Səhiyyə nazirinin digər əmri ilə Kamil Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktor müavini - baş həkim, Rüstəm Talışinski isə elmi işlər üzrə direktor müavini təyin edilib.