Erməni separatçıların həbs müddəti uzadılıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyanın həbs müddəti daha 4 ay uzadılıb.
Bu haqda Binəqədi rayon Məhkəməsində qərar verilib.
Daha öncə Ruben Vardanyanın həbs qətimkan tədbiri müddətinin 4 ay uzadılması barədə məlumat yayılmışdı.