Bakıdakı “Excelsior” hoteli barəsində protokol tərtib edilib, məhkəmə prosesi başlayacaq. Bu haqda bu gün, 17 noyabr tarixində Qafqazinfo məlumat verib.
Hotelin rəhbərliyi vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınmada ittiham olunur. İddia təsdiqlənərsə, “Excelsior” inzibati xətanın bilavasitə obyekti olmuş vergi və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizədək məbləğində cərimə olunacaq.
İş Səbail rayon məhkəməsinin hakimi Günel Səmədovanın icraatına verilib. Hazırlıq iclası noyabrın 25-nə planlaşdırılıb.
“Excelsior”un hazırda 75.931 manat vergi borcu var.