Fövqəladə Hallar Nazirliyinə yeni təyinat olub. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
General-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.