Bakıda bu gün möhtəşəm konsert proqramı keçiriləcək. Bu haqda Bakuplus.az 13 dekabr tarixində məlumat verir.
“Nargis” fondu və jurnalının 10 illiyinə həsr olunan bayram şənliyi saat 20:00-da Fəvvarələr Meydanında təşkil olunacaq. Konsertdə şou-biznesin tanınmış simaları - İlqarə Kazımova, Xəyyam Nisanov, Zamiq Hüseynov, Çinarə Melikzadə, Əminə Hacıyeva, Brilliant Dadaşova, Röya, Elnur Məmmədov, Gunay İbrahimli, Namiq Qaraçuxurlu, Samir Cavadzadə, Nadir Rüstəmli çıxış edəcəklər. Tədbirdə iştirak etmək istəyən hər kəs dəvətlidir.