Paytaxtın Fəvvarələr Meydanında yerləşən Azərbaycanda ilk McDonald's restoranı qapılarını yenidən qonaqların üzünə açıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az məlumat verir.
Təmirdən sonra restoran yeni interyer və dizayn ilə təqdim edilib. Bu restoranda əlamətdar yeniliklərdən biri “masada xidmət” xidmətinin tətbiqidir - qonaqlar kassada və ya özünəxidmət köşklərində yeməkləri sifariş edir, daha sonra isə masalarda oturaraq sifarişlərini alırlar.
1999-ci ildə açılan restoran McDonalds-ın Azərbaycanda ilk filialı olmuşdur.