Füzuli şəhərinə növbəti köç karvanı yollanıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə, yəni 104 nəfər Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu günə qədər Füzuli şəhərinə 500 ailə, yəni 1854 nəfər yola salınıb.
[caption id="attachment_127558" align="alignnone" width="640"]
Foto APA.az[/caption]