Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 35 ailə, yəni 153 nəfərdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb.
Bu günə qədər Füzuli şəhərində 562 ailənin, yəni 2122 nəfərin daimi məskunlaşması təmin edilib.