Daha bir qrup məcburi köçkün doğma yurduna geri qayıdıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Qaradağ rayonunda yerləşən “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb. Sözügedən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_116494" align="alignnone" width="640"]
Foto Report.az[/caption]