Bakıda polis “Facebook”-dan narkotiklə bağlı daxil olan məlumat əsasında bir qrup şəxsi saxlayıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev 8 yanvar tarixində məlumat verib.
"Feysbuk dostlarımızdan biri narkotiklə əlaqəli verdiyi məlumat əsasında paytaxtda bir neçə nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Vətəndaş nümunəsi göstərən həmin şəxsə minnətdarlıq edirik", - deyə Hacıyev bildirib.