Ötən gün saat 20:00 radələrindən “Facebook”, “Whatsapp” və “İnstagram” sosial şəbəkələri çökmüşdür.
7 saata yaxın müddətdə Facebook, “Whatsapp” və “İnstagram” sosial şəbəkələrinə daxil olmaq mümkün olmurdu. Həmçinin, “Tiktok”, “Vkontakte” kimi platformalarda da nasazlıqlar yaranmışdır. Güclü istifadəçi axınına görə “Twitter” və “Telegram”-ın işləməsində də problemlər müşahidə olunurdu.
Bundan əlavə, istifadəçilər MilliÖN, E-manat və bir neçə yerli bank sistemlərinin işləməsində gecikmələr olduğunu bildirirdilər.
Saat 03:00 radələrdinə bütün platformalar tamamilə bərpa olunub. “Facebook”, “Whatsapp” və “İnstagram” platformalarının CEO-su Mark Zuckerberg və komandası “User”-lərdən üzr istəyiblər. Səbəb kimi, serverlərdə sosial şəbəkələrə yönləndirən funksiyanın silinməsi, buna görə də platformaları tapa bilmədiklərini bildiriblər.