Deputat Fazil Mustafanın son durumu açıqlanıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Deputatın qardaşı İlqar Mustafayevin sözlərinə görə, Həkimlər müalicə və reabilitasiya prosesinin yaxşı getdiyini deyirlər. Hər şey yaxşı getsə, millət vəkili 10 gün ərzində evə buraxıla bilər.
28 mart tarixində Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücum olub. Nəticədə deputat çiyni və ayağından yaralanıb.