Bakıda və Abşeron yarımadasında hava proqnozu necə olacaq? Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Fevralın 27-də paytaxda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxta - 2 dərəcə isti arası, gündüz isə 4-7 dərəcə isti olacaq.